ABŞ Rusiyanı imtiyazlardan məhrum edib

ABŞ Rusiyanı inkişaf etməkdə olan ölkələr siyahısından çıxarmaqla onu bir sıra ticarət imtiyazlarından məhrum edib. Bu barədə prezident Barak Obamanın bəyanatında deyilir.
Rusiyanın məhrum edildiyi sistem bu ölkədən ildə milyonlarla dollar malı rüsumsuz ixrac etməyə imkan verirdi. Qərar oktyabrın 3-dən qüvvəyə minib.
ABŞ prezidentinin bəyanatında deyilir ki, Rusiya iqtisadi cəhətdən inkişaf edib və onu inkişaf edən ölkə kimi təqdim etməyə ehtiyac yoxdur.
ABŞ-ın imtiyazlar sistemi təxminən 100 ölkəyə tətbiq edilir.

azadlıq.info