İsveç Fələstini tanımağa hazırlaşır

İsveçin yeni hökuməti Fələstin dövlətini tanımağa hazırlaşır. Bu baş versə, İsveç Fələstini tanıyan ilk iri Avropa dövləti olacaq. Bu barədə İsveçin baş naziri Stefan Loven bəyanat verib.
Andişmə mərasimi zamanı parlamentə müraciətində baş nazir bildirib ki, İsraillə Fələstin arasında münaqişə yalnız iki dövlətin beynəlxalq hüquqa əsasən danışıqlar yolu ilə həll oluna bilər.
Xatırladaq ki, BMT Baş Assambleyası 2012-ci ildə de-fakto Fələstin dövlətinin suverenliyini tanınmasını təsdiqləyib. Lakin Avropa Birliyi və Avropanın əksər dövlətləri hələ rəsmən bunu tanımalıdır.

azadliq.info