Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Oktyabrın 2-də Ağdamın Qarabağ klubu səfərdə, İtaliyanın məşhur “İnter” Milan klubu ilə qarşılaşıb. Əfsanəvi San Siro stadionundakı görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. “İnter” oyunun hər hissəsində 1 top vuraraq Azərbaycan klubuna qalib gəlib. 2 oyunda 2 qələbə qazanan İtaliya klubu 6 xalla qrupda liderliyi ələ keçirib. Qrupun digər görüşündə Fransanın Sent-Etyen komandası ilə Ukraynanın Dnipro (Dnepropetrovsk) klubunun oyununda hesab açılmayıb.
Qarabağ “İnter”ə uduzdu
•
•