Putin Yanukoviçə Rusiya vətəndaşlığı verib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın devrilən prezidenti Viktor Yanukoviçə, keçmiş baş nazir Nikolay Azarov və baş prokuror Pşonkanın ailələrinə bu ölkənin vətəndaşlığını təqdim edib. Ukrayna mətbuatının məlumatına görə, bu haqda Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Facebook səhifəsində yazıb.

Geraşenkonun sözlərinə görə, Yanukoviçin və Azarovun ailəsi Putinlə onlara Rusiya vətəndaşlığı verilməsi ilə bağlı razılığa gəliblər, onlar da özlərini rahat və toxunulmaz hesab edirlər.

Geraşenko bildirib ki, operativ mənbədən əldə etdiyi məlumata görə, keçmiş məmurlara vətəndaşlıq Rusiya prezidentinin xüsusi gizli qərarı ilə verilib: “Onlar Ukraynanın maraqlarını satdıqlarına görə mükafatlandırılıblar”.