Oktyabrın 3-də Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib. Ərizə baxılmaq üçün icraata götürülüb.
Bu haqda Azadlıq Radiosuna Elman Türkoğlunun özü məlumat verib.
Məhkəmə oktyabrın 9-a təyin olunub. Prosesə hakim Sədrəddin Hacıyev sədrlik edəcək.
«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.