Azərbaycan torpaqları Rusiyaya icarəyə verir

“Azərbaycanda ərazilərin icarəyə götürülüb, məhsul yetişdiriliməsi hələ müzakirə olunur”.

ANS TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Azərbaycanla Rusiya arasında meyvə və tərəvəz istehsalı ilə bağlı yeni müəssisələrinin yaradılması müzakirə olunan variantlardır. Hələ yekun qərar verilməsə də kənd təsərrüfatı nazirinin bu açıqlaması indidən cəmiyyətdə böyük əks-səda yaradıb.

Azərbaycanın öz əkin sahələrini icarəyə verməsini kənd təsərrüfatı üzrə ekspertlər qəbuledilməz sayır. Onların fikrincə torpaqlarının 20 %-i işğal altında olan bir ölkənin öz ərazisini icarəyə verməsi gələcəkdə ciddi prblemlər yarada bilər. Onsuz da əkinə yararlı torpaqları çox olmayan Azərbaycanda sahələrin bir hissəsi də şoranlaşaraq sıradan çıxır. Bu isə o deməkdir ki, Azərbaycanın özünün münbit torpaqlara ehtiyacı var. Ona görə də ekspertlər alternativ variantlar təklif edirlər.

Ekspert Vahid Məhərrəmov deyir ki, Rusiyanın özündə yetəri qədər boş sahələr var. Hansı ki bu işi orda görə bilərlər.

Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına marağı Qərb ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyduqan sonra artıb. bir neçə gün əvvəl Bu ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev meyvə və tərəvəz istehsalı üçün Azərbaycanla birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların yaradılması üzərində iş aparıldığını açıqlamışdı.