Ərdoğan iyun hücumuna hazırlaşır

Türkiyə prezidenti Konstitusiyanı dəyişdirərək dövlət başçısına əlavə səlahiyyətlərin verilməsini istəyir

Türkiyənin yeni seçilmiş prezidenti Ərdoğan gələn ilki parlament seçkilərindən sonra Türkiyə üçün yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü ilə çıxış edəcək. Ərdoğan hesab edir ki, yeni ali qanunun qəbulu mövcud şərtlər nəzərə alınarsa vacibdir. Yeni Konstitusiyada prezidentə yeni və daha güclü səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, əgər parlament seçkilərində hakim islamçı partiya səslərin 3-də 2-sini yığarsa, o zaman hakim partiyaya Konstitusiyada dəyişiklik üçün müxalifətin dəstəyi lazım olmayacaq.

Buarada Türkiyə ətrafında baş verən bir sıra proseslər maraq kəsb edir. İŞİD-in əlində olan Türkiyəli diplomatların azadlığa buraxılmasından sonra bir qrup türk hərbçisi terrorçuların əlinə keçib. Ekspertlər hesab edir ki, mövcud durum Türkiyə üzərində bir təhlükəyə bənzəyir. İŞİD-in Türkiyənin onunla bağlı mövqeyinə təsir etmək üçün vaxtaşırı bu cür hücumlar etmək niyyətindədir. Türkiyənin bu cür həmlələr qarşısında aciz qaldığını görən İŞİD bununla Ankaranın ona qarşı gücünü səfərbər etməsinə mane olmaq istəyir.

Fuad Qəhrəmanlı: «Ərdoğanın Konstitusiya dəyişikliyi prezidentin səlahiyyətlərini artırmağa, hökumət  üzərində nəzarəti gücləndirməyə xidmət edir»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə Türkiyədə baş verən olaylara aydınlıq gətirdik. Öncə Ərdoğanın yeni Konstitusiya təşəbbüsünə münasibət öyrəndik. F.Qəhrəmanlı vurğuladı ki, son seçkilərdən sonra artıq Türkiyənin başçısı prezident sayılır. Prezident artıq həm dövlətin, həm də hökumətin başçısı sayılır. Bu baxımdan Ərdoğanın indiki mövqeyinin əvvəlki prezident hakimiyyətləri ilə müqayisədə daha mövhkəm olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, Türkiyənin hazırkı baş nazirinin də AKP-dən olduğu nəzərə alınarsa, onun da Ərdoğanın iradəsi ilə hərəkət edəcəyini söyləmək olar: «Baş nazirin AKP-dən olması dövlət başçısının hökumətin işinə müdaxiləsini gücləndirir. Amma Türkiyənin əvvəlki təcrübəsində belə hal müşahidə olunmamışdı. Çünki Ərdoğanın yaxın siyasi keçmişi, hazırkı strruktur prezidentə hökumətin işinə müdaxilə imkanı verir. Eyni zamanda Ərdoğan həmişə səlahiyyətlərin onun əlində cəmlənməsinə maraq göstərib. Güman ki, prezident olduqdan sonra prezident səlahiyyətlərinin artırılmasında maraqlıdır. Prezident səlahiyyətlərinin artırılması bir sıra məsələləri təminat alıtan alır. Ola bilsin ki, qarşıdakı parlament seçkilərində hökumət parlament çoxluğu olmaya bilər. O zaman bu situasiya indiki münasibətlər çərçivəsində Ərdoğana hökumətin işinə müdaxilə imkanı verməyəcək. Ona görə də Ərdoğan məsələni qanun çərçivəsində həll etməyə çalışır. Ərdoğanın Konstitusiya dəyişikliyi prezidentin səlahiyyətlərini artırmağa, hökumət  üzərində nəzarətini gücləndirməyə xidmət edir».

İŞİD-lə bağlı baş verənlərə gəlincə isə, F.Qəhrəmanlı bildirdi ki, Türkiyənin ilk günlərdə anti-İŞİD koalisiyasına qoşulmamasına səbəb türk diplomatların əsir olması idi. Amma diplomatlar azad olunduqdan sonra Türkiyə anti-İŞİD koalisiyasına qoşulacağını  bildirdi və Türkiyənin mövqeyində ciddi dəyişiklik baş verməyə başladı: «Türk əsgərlərinin Süleymani məscidində mühasirəyə alınması Ankaranın mövqeyinə təsir etməyə xidmət edir. Çünki türk diplomatları artıq azad olunub və İŞİD-in Türkiyəyə təsir imkanları məhdudlaşıb. Bununla İŞİD Türkiyənin fəal şəkildə anti-terror koalisiyasında iştirakına mane olur. Hazırda anti-İŞİD koalisiyası terror təşkilatına zərbələri havadan endirir. İŞİD narahatdır ki, Türkiyə hərbi əməliyyatlara qoşulacağı təqdirdə çətin situasiya yarana bilər. Çünki Türkiyə ordusunun quru əməliyyatlarına başlaması İŞİD üçün öldürücü zərbəyə çevrilə bilər».

Xəyal