Gəncə şəhərində ğır yol qəzası olub
Bu gecə saat 01 radələrində Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Fərid Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Anar Rizvan oğlu Rəhimovun idarə etdiyi “KİA” markalı, 20 DF 507 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
Avtomobil yoldakı maneəyə və divara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinləri Etibar Azad oğlu Məmmədov, Arif Rövşən oğlu Həsənov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəyə avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.