Metroda bomba həyacanı

Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb. Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

APA-nın verdiyi xəbərə görə, məlumat daxil olandan dərhal sonra hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub.

Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.