“Bavariya” ilə MOİK arasında oynanılacaq Çempionlar Liqası qarşılaşmasından öncə alman futbolçuların Moskvada qaldığı oteldə yanğın həyacanı yaşanıb. Rusiya mətbuatının məlumatına görə, alman futbolçuların məskunlaşdığı mehmanxanada yanğın siqnalizasiyası işə düşüb. Nəticədə bütün heyəti təcili olaraq evakuasiya ediblər. Bu zaman oyunçular və məşqçi heyəti də adyala bürünərək küçəyə çıxıb.
Ciddi bir təhlükənin olmadığı aydınlaşandan futbolçular otaqlarına yollanıblar. Klubun mətbuat xidmətindən məsələ ilə bağlı belə açıqlama verilib və heç bir problemin olmadığı bildirilib.
Futbolçuların qaldığı oteldə yanğın həyacanı
•


