Bakıda şadlıq evində yanğın olub

Bakıda şadlıq evlərinin birində yanğın hadisəsi olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Binəqədidə vətəndaşa məxsus üçmərtəbəli şadlıq evinin 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd plafon yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 0,5 kv.m sahədə qarsalanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.