İran prezidenti Rusiyaya gedib

İran prezidenti Həsən Ruhani bazar ertəsi günü başlayan Xəzəryanı dövlətlərinzirvə görüşündə iştirak etmək üçün sentyabrın 28-də Rusiyanın Həştərxan şəhərinə gəlib.

İranın Mehr agentliyinin məlumatına görə, sentyabrın 29-da prezident Ruhaninin sammitdə nitqlə çıxış edəcəyi planlaşdırılıb.

Sammit gedişində İran prezidentinin Rusiya Vladimir Putin başda olmaqla rəhbərliyilə görüşləri nəzərdə tutulub.

Xəzəryanı dövlətlərin Həştərxan sammitində Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan başçılarının iştirak edəcəyi gözlənilir.

Sammit gündəliyinin əsas məsələsi tərəflər arasında Xəzərin hüquqi statusunun və dəniz ehtiyyatlarından istifadə qaydalarının razılaşdırılması ilə bağlıdır.

Sammit ərəfəsi diplomatik mənbələr sahilyanı dövlətlərin Xəzər dənizində xarici hərbi qüvvələrinin mövcudluğunu yasaqlayan müqavilənin razılaşdırdığını xəbər verərək, həmin sənədin Həştərxanda imzalanacağını bildirmişdilər. (BBC azeri)