İŞİD-in girovluğundan qurtulan diplomatın toyu oldu

Türkiyə baş naziri Əhməd Davudoğlu toyda iştirak edib

Türkiyə Mosuldakı diplomatlarını geri qaytardıqdan sonra, səfirlik işçilərindən birinin toyu baş tutub. Toyu maraqlı edən məqam isə Türkiyə baş naziri Əhməd Davudoğlunun toya dəvət alması və toyun şahidlərindən biri olması olub.

Davudoğlu “bu bütün Türkiyənin toyudur” deyərək bəylə gəlini təbrik edib. Toyun bütün xərcləri isə şəhər bələdiyyəsi tərəfindən ödənilib. (ans)