AŞPA-nın sentyabrın 29-da başlanan sessiyasında Azərbaycanla bağlı üç məsələnin müzakirəsi nəzərdə tutulub.
Biri sessiyanın ilk günündə plenar iclasda Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının təsdiq edilməsi ilə bağlıdır. Büro həmin iclasda Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”na dair məruzənin hazırlanması haqqında qərar qəbul edib.
Digər məsələ Sosial Məsələlər Komitəsində Sərsəng su anbarı ilə bağlı məruzəçinin məlumat qeydlərinin dinlənilməsidir.
Üçüncü məsələ isə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində müzakirələrin keçirilməsi ilə bağlıdır.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya müsahibəsində deyib.
AŞPA Azərbaycanda insan haqlarını müzakirə edəcək
•