“Odatv” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan srağagün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısından sonra qaldığı hotelə gedərkən “Expose” adlı qrupun etirazına tuş gəlib.
Belə ki, Ərdoğanın cangüdənləri köynəklərinin üzərində “oğru var” yazılmış aksiyaçıları dağıtmağa cəhd ediblər. Ərdoğana etiraz edən qrupa cangüdənlər təzyiq göstərməyə başlayan kimi aksiyaçılar hadisə yerində olan polislərdən kömək istəyiblər.
Nəticədə aksiyaçılar hadisə yerinə gələn polislərin köməyi ilə cangüdənlərdən xilas olublar. Məsələni anlamayan cangüdənlər polisin xəbərdarlığından sonra geri çəkilmək məcburiyyətində qalıblar.


