Rasmussen vəzifəsini təhvil verdi

Bu gün NATO-nun Baş Katibi Anders Foq Rasmussen səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vəzifəsini tərk edir. Bu münasibətlə o, Alyansın mənzil qərargahında çıxış edib.
Danimarkanın keçmiş baş naziri Rasmussen NATO-nun 12-ci baş katibi idi. O, 2009-cu ilin avqustun 1-dən bu vəzifəni tuturdu.
2014-cü ilin oktyabrın 1-dən NATO-nun baş katibi vəzifəsini Norveçin baş naziri Yens Stoltenberq tutacaq.