Günün ulduz falı (26.09.2014)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Çox darıxacaqsınız, ətrafdakılar da sizi şənləndirə bilməyəcəklər. Hissləriniz sizi idarə edəcək. Bu gün sizinlə ünsiyyətdə olan adamın səbrli olması lazımdır. Tez-tez mənasız söhbətlərə görə mübahisələrə girişəcəksiniz.

BUĞA

Riskə getməsəniz, gününüz mənalı keçər. Ən yaxın adamınız çətin duruma düşəcək, yardımınıza ehtiyacı var. Hətta nələrisə itirsəniz belə, ona kömək etməyə tələsin. Əyləncəyə pul xərcləməyin, ondansa evə aid, zəruri olanları alın.

ƏKIZLƏR

Çətin gündür. Bir sıra çətin işlərin həlli sizi gözləyir. Yorulduğunuzu hiss etsəniz də, istirahət etməyə imkan verməyəcəklər. Ehtimal ki, köhnə dostlarla aranızda mübahisələr yaşanacaq.

XƏRÇƏNG

Uğurlu gündür. Fəal istirahətə ehtiyacınız var. Yaxınlarınızı xoş sürprizlə sevindirin, onlarla birlikdə zaman keçirin. Ehtimal ki, daşınmaz əmlakla bağlı alqı-satqı işləriniz sərfəli qiymətə başa gələcək.

ŞIR

Işləriniz heç də gözlədiyiniz kimi getməyəcək. Bir tərəfdə diqqətinizə ehtiyacı olanlar gözləyir, digər tərəfdə də görüləsi xeyli işlər var. Ehtimal ki, köməyiniz olacaq. Ancaq dadınıza işlərin əsas hissəsini görəndən sonra çatacaqlar.

QIZ

Günün əvvəlindən bəxtiniz gətirməyəcək. Çətin ki, günün sonuna qədər vəziyyət dəyişsin. Yolda xoşagəlməz anlar yaşayacağınız ehtimal edilir. Ən yaxın adamınızla aranızda elə bir qorxunc mübahisə yaşanacaq ki, siz bir anlıq münasibətləri qırmaq qərarına gələcəksiniz.

TƏRƏZI

Günorta gözəllik salonunu ziyarət edə bilərsiniz. Imiclə bağlı uğurlu eksperimentləriniz olacaq. Günün ikinci yarısında yaradıcılıq işlərilə məşğul ola bilərsiniz. Parlaq ideyalarınız olacaq ki, nəticədə gəlir götürə bilərsiniz.

ƏQRƏB

Yaxşı nəticələr gözləmədiyiniz işiniz uğurlu olacaq. Ehtimal ki, gəliriniz olacaq. Sevgidə də bəxtinizin gətirəcəyi bildirilir. Sevdiyiniz şəxsi görüşə çağıra bilərsiniz. Onun rəğbətini qazanacaqsınız.

OXATAN

Yorucu və çətin gündür. Yaranmış situasiya ümidverici heç nə vəd etməyəcək. Bürcün bəzi nümayəndələri yaşca böyük olan qohumlarla mübahisə edəcəklər. Şəxsi müstəvidə ciddi problemləriniz olacaq.

OĞLAQ

Maliyyə itkiləri büdcənizi yenidən nəzərdən keçirməyi tələb edəcək. Səhhətiniz yaxşı olmayacaq. Ehtimal ki, günorta əhvalınız korlanacaq. Axşam saatları isə daha xoş keçəcək.  Sizi narahat edən məsələləri yaxınlarınızla paylaşa bilərsiniz.

DOLÇA

Intellektual məşğuliyyət (xarici dil öyrənmək, elmi-tədqiqat işləri) üçün əlverişli zamandır. Teatra getmək üçün də əlverişli gündür. Romantik gəzinti, görüşün yaxşı keçəcəyi gözlənilir. Yarınız sizi bir kəlmədən anlayacaq.

BALIQLAR

Ulduzlar əminliklə bildirirlər ki, bəxtiniz mütləq gətirəcək. Möhtəşəm plan qura bilərsiniz, çünki onun reallaşacağına ümid var. Şəxsi müstəvidə də yaxşılığa doğru dəyişikliklər olacaq. Bürcün bəzi nümayəndələrini sevgi etirafları gözləyir.