İŞİD-in neft zavodları bombalandı

ABŞ-ın İŞİD-ə qarşı əməliyyatı zamanı 12 zavod məhv edilib

Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinə məxsus təyyarələr İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə yeni aviazərbələr endirib. 

Pentaqonun açıqlamasına görə, yeni aviazərbələr nəticəsində döyüşçülərin nəzarətində olan 12 kiçik neft emalı zavodu məhv edilib. Həmin neft emalı zavodlarının İŞİD qüvvələrinə sutkada 2 milyon dollaradək gəlir gətirdiyi ehtimal edilir. 

Əməliyyatda ABŞ-la yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə məxsus hərbi təyyarələr də iştirak edib.