Çin polisi 40 uyğuru öldürdü

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində 21 sentyabrda uyğurlarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada ölənlərin sayı açıqlanıb. Qeyd edək ki, hadisə Bügür vilayətində baş verib.

Modern.az saytı xarici KİV-ə istinadla verdiyi məlumata görə, Çinin rəsmi  Xinhua agentliyi bu gün ölənlərin sayı ilə bağlı məlumat yayıb.

Məlumatda  21 sentyabrdakı hadisələrdə  polis qüvvələrinin 40 uyğuru güllələyərək öldürdüyü bildirilib. Ümumilikdə isə ölənlərin sayının 50 olduğu qeyd olunub. Onlardan 6-sı polis əməkdaşıdır.