Bakı şəhərinin Suraxanı rayonunda çay evində kütləvi dava olub. Lent.az-ın məlumatına görə, Bülbülə qəsəbəsində yerləşən çay evində 1988-ci il təvəllüdlü Musayev Ülvi Əlimirzə oğlu və onun həmyaşıdı Heydərov Zaur Bəxtiyar oğlu bıçaqlanıb. Hər iki şəxsin bədəninin müxtəlif nahiyələrindən aldıqları daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, gənclər çay evində bir qrup şəxslə baş vermiş münaqişə zamanı bıçaqlanıblar. Hazırda hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.