ALP Leyla Yunusla bağlı bəyanat verdi

Azərbaycan Liberal Partiyası Kürdaxanı təcridxanasında döyülən Leyla Yunusla bağlı bəyanat verib. Bəyanatda deyilir:  

Azərbaycan məmurlarının  ardıcıl bəyanatlarına baxmayaraq,  siyasi məhbuslar hüquq-mühafizə və ədliyyə orqanları tərəfindən hər cür haqsızlığa, psixoloji, hətta fiziki təzyilərə  məruz qalırlar.

Ən çox təqiblərə məruz qalan siyasi məhbslardan biri də saxta ittihalmarla həbs olunmuş Leyla Yunusdur. Ədliyyə Nazirliyinin penitensiar xidmət məmurları Leyla Yunusa psixoloji və fiziki  işgəncələr verirlər.

Azərbaycan Liberal Partiyası Leyla Yunusa işgəncə verilməsini qətiyyətlə pisləyir, iqtidarı bu eybəcərliyə son qoymağa və ona işgəncə verənləri cəzalandırmağa çağırır. Azərbaycan Liberal Partiyası iqtidarı bir daha bütün siyasi məhbusları dərhal azad etməyə çağırır.