
Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Bu barədə İsmayıllı hadisələri zamanı həbs olunan Tofiq Yaqublunun qızı Nigar Yaqublu özünün “Facebook” hesabında məlumat yayıb.
N.Yaqublu bildirib ki, məhkəmənin qərarı ilə Tofiq Yaqublu və ReALhərəkatının sədri İlqar Məmmədov həbsdə saxlanılıb: “Anar Həsənov və Qəmbər Ağamalıyev məhkəmə zalından azadlığa buraxıldı”. Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarıyla İlqar Məmmədov 7, Tofiq Yaqublu 5, Qəmbər Ağamalıyev 4 il 6 ay, Anar Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.
azadliq.info



