İran generalı İraqda İŞİD-ə qarşı döyüşdüklərini dedi

İslam  İnqilabının Mühafizə  Korpusunun (SEPAH) rəsmisi  deyib  ki, yüksək səviyyəli İran  generalı bu  ilin yayında 70 nəfərlik heyətlə İraqda kürd  döyüşçülərinə yardım  etmək üçün Ərbil şəhərində olublar. Onlar şəhəri İslam Dövləti (İŞİD) yaraqlılarından qorumaq istiqamətində çalışıblar.
SEPAH generalı Əmir Əli Hacızadənin dediyinə  görə, general Qasem  Soleymani  İŞİD-ə qarşı  “cəsarətlə  dayanmış”  və  Ərbilin müdafiəsində mühüm  rol oynamışdır.
Hacızadənin dövlət televiziyasında dediyi bu sözlər İranın İraqda  hərbi  əməliyyatlarda  iştirak  etdiyini  təsdiq  edir.
Əvəllər  İran iraqlılara hərbi sahədə ancaq məsləhətlər verdiyini bildirirdi.
Bu  ilin avqust  ayında İŞİD Ərbili tutmağa yaxın  idi.  Lakin kürd döyüşçüləri (Peşmergə) və ABŞ-ın hava  zərbələri bunun qarşısını aldı.