“Financial Times”ın yazısına hakimiyyətdən qeyri-səmimi cavab

Bu günlərdə Financial Times qəzeti Azərbaycanın bu qrupdakı üzvlüyünün ləğv oluna biləcəyini yazıb. Müəllif Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin öyrənilməsi üçün qrupun Bakıya nümayəndə heyəti göndərdiyini qeyd edirdi. MHŞT-nin rəhbəri Jonas Moberg deyib ki, bu araşdırmanın nəticələrindən asılı olaraq Azərbaycanın qrupdakı üzvlüyü ləğv oluna bilər.

Neft Fondu isə bildirir ki, sentyabrın 19-22-də MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndəsi Dyveke Rogan və müstəqil ekspertMichael Roberts-dən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Səfər MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sonuncu iclasında verilmiş qərara əsasən gerçəkləşib.

“Səfər zamanı Azərbaycanda MHŞT tərəfləri və digər aidiyyatı qurumların nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Görüşlər əsasında səfərin ümumi nəticələri haqqında hesabat Beynəlxalq Katiblik tərəfindən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim ediləcək”.

“Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxarılması məsələsi bir sıra MHŞT-yə aidiyyatı olmayan beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülür və bu məsələnin heç bir əsası yoxdur”. Dövlət Neft Fondunun AzadlıqRadiosunun sorğusuna cavabında belə deyilir.