Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun müavini Vahid Əzizova ağır itki üz verib. Onun gənc oğlu Fərid bu gün yol qəzasında həyatını itirib. Fərid Əzizov Milli Aviasiya Akademiyasının tələbəsi idi. Vahid Əzizovun yaxınları Lent.az-a faktı təsdiqləyiblər və bildiriblər ki hadisə Fərid dərsdən çıxarkən baş verib. Fərid Əzizov sabah dəfn olunacaq.
Allah rəhmət eləsin!


