İtaliya Azarovun oğlunun aktivlərini dondurub

İtaliya rusiyalı milyarder arkadi Rotenberqlə yanaşı Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarovun da aktivlərini dondurub. Bu barədə İtaliya Maliyyə Nazirliyinin məlumatında deyilir.  

Azarovun İtaliyada rəhbəri olduğu Garda Handels – und Beteiligungs GmbH Avstriya qrupunun aktivləri var. Bu qrup öz növbəsində İtaliyanın Agosto 2012 srl şirkətinə nəzarət edir. Həbs qoyulan əmlak arasında Sardiniyada, Olbiya adlanan yerdə villalar və torpaq sahələri də var. 

Aleksey Azarova qarşı belə addımların atılmasına səbəb Ukraynada ona qarşı dövlət fondlarının vəsaitlərini oğurlmaq və qanunsuz olaraq ölkə xaricinə çıxarmaqla bağlı açılmış cinayət işidir. Azarovun oğlu 2002-2002-cü illərdə o zaman baş nazir olmuş Viktor Yanukoviçin müşaviri vəzifəsind çalışıb. 

azadlıq.info