Yeraltı təkanlar Naxçıvandan qərbdə 2 kilometr dərinlikdə baş verib
Azərbaycanın İranla sərhəd hissəsində zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata əsasən, təkanlar yerli vaxtla saat 22:31-də qeydə alınıb.
Zəlzələ Naxçıvandan 34 km qərbdə Naxçıvan-İran sərhədində qeydə alınıb. Yeraltı təkanlar 2 km dərinlikdə baş verib.
Maqnitudası 3,3 bal gücündə olan zəlzələ hiss olunmayıb.


