Saakaşvilinin bank hesablarına həbs qoyulub

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bütün bank hesablarına həbs qoyulub. Bu barədə onun vəkili Otar Kaxidze məlumat verib. 

Vəkilin sözlərinə görə, Saakaşvilinin bank hesablarına həbs keçmiş baş nazir Bidzina İvanişvilinin xeyir-duası ilə qoyulub. Prokurorluq keçmiş prezidentin hansı bankın xidmətindən istifadə etdiyini açıqlamayıb. 

azadlıq.info