Saakaşvili ABŞ-da qalmaq qərarı verdi

Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili iş vizası almaq üçün ABŞ-ın dövlət qurumlarına müraciət edib. Bu barədə məlumatı o özü “New York Times” qəzetinə verib. Saakaşvili bildirib ki, o Boston yaxınlığındakı Tafts universitetində bu ilin mayında dayandırdığı fəaliyyətini bərpa etmək fikrindədir. Saakaşvili bu universitetdə mühazirələr deməkdə davam edəcək. Məlumatda qeyd olunur ki, Saakaşvili köhnə dostları olan senator Makkeyn və dövlət katibinin köməkçisi Nulandla münasibətlərini davam etdirir. Bu yaxınlarda Saakaşvili evində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Petreusu qəbul edib. Sentyabrın sonlarında isə onun Manhettenə baxan evinin qonağı Fransanın keçmiş prezidenti Sarkozi olacaq. Mühazirələrindən yaxşı qonararlar alan Saakaşvili kasıb olmasa da qiymətlərin yüksək olmasından şikayətlənib.

azadliq.info