Rusiya bankları Azərbaycandan maliyyə cəlb etmək istəyir

Çin, Sinqapurla və digər aparıcı Asiya bazarları ilə  yanaşı Rusiya bankları Azərbaycan və Qazaxıstandan maliyyə vəsaitləri cəlb edə bilərlər. Bunu VTB rəhbəri Andrey Kostin deyib. 

Onun sözlərinə görə, Rusiya maliyyə strukturları Şərqlə bir qədər gec işləməyə başlayıb. «Burda tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və bunun üçün müəyyən baza yaratmaq lazımdır. Maliyyə resursları olan Azərbaycan, Qazaxıstan kimi ölkələrdə işləmək olar», – deyə o qeyd edib. 

Kostin həmçinin bildirib ki, Rusiya banklarında, o cümlədən VTB-də Şərq və Asiya bazarlarından vəsait cəlb etməkk təcrübəsi var. 

azadlıq.info