Bakıda qadın sevgilisini bıçaqladı

Bakıda qadın sevgilisini bıçaqlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Bakı şəhər sakini Leyla Heydərova münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ceyhun Məmmədova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L. Heydərova saxlanılıb.