2 dişlə doğulan körpə anasını şoka saldı FOTO VİDEO

Keysəriyyə əməliyyatindan bir necə saat sonra ayılan ana körpəsini əmizdirmək üçün qucağına alanda şok olur. Çünki onun körpəsi digərlərindən fərqlənirdi. 25 yaşlı ana ilk dəfə belə hadisənin şahidi olurdu. Azadliq.info-nun Daily Mail-ə istinadən verdiyi xəbərə görə ananın  yeni doğulmuş qızı Rouzun iki ön dişi var idi. Ana bunu körpəsini əmizdirərkən hiss edir. Onun dişləri tam formalaşmış dişlər olub. Qızını əmizdirərkən əziyyət çəkən xanım Pullen həkimlərə balacaya süni qida verəcəyini deyir. Ancaq üç gün sonra körpə qızın dişləri düşür. İndi o anasını rahat əmir. Valideynləri isə onun dişlərini yadiğar saxlayır. 

Balaca öz dişləri ilə həkimlərini də təəccübləndirə bilib. İngiltərə xəstəxanalarından birində dünyaya gələn bu qızı xəstəxanadakı həkimlərlə yanaşı orada yatan xəstələr də görməyə gəlib. Həkimlər bu hadisə ilə cox az-az rastlaşdıqlarını deyib. Belə ki, doğulan hər 2000-3000 körpədən birində dişlərə rast gəlmək mümkündür. Normalda isə körpələr altı ayından sonra diş çıxarırlar.