Rusiya Krıma qoşun yığır

Kiyev bildirir ki, Rusiya Krımda yarımadanı Ukraynanın Kherson cənub regionu ilə birləşdirən quru körpüyə 4 min əsgər yığıb. Ukrayna ordusunun sözçüsü Andriy Lysenko sentyabrın 18-də deyib ki, Rusiya qüvvələri “bütün avadanlıq və sursatla toplaşıb”. Onun sözlərinə görə, Kiyev Ukraynanın şərqindəki qüvvələrini daha çox əsgər və yeni avadanlıqla gücləndirib. Bu arada Rusiyayönlü separatçılarla iki həftəlik kövrək atəşkəs qalır.

Lysenko Ukrayna prezidenti Petro Poroshenko-nun Konqresdəki çıxışı və Prezident Barack Obama ilə görüşündən bir neçə saat öncə danışıb.

Sentyabrın 16-da Rusiya müdafiə naziri Sergei Shoigu deyib ki, Rusiya ordusunun prioriteti Krımda iştirakı artırmaqdır.

Rusiyanın martda Krımı anneksiya etməsini Birləşmiş Ştatlar, Avropa Birliyi və BMT baş Assambleyası qanunsuz adlandırıb.

(azadliq.org)