Davudoğlu Bakıdadır

Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda səfərdədir. Bakı Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Onu baş nazirinin müavini Abid Şərifov qarşılayıb.
Əhməd Davudoğlunu səfərdə həyat yoldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edir.