Poroşenko Ukraynaya xüsusi təhlükəsizlik statusu istəyib

ABŞ-da səfərdə olan Ukrayna prezidenti Petro Poroshenko ABŞ Konqresinin birgə sessiyasında çıxış edib. O deyib ki, Rusiya təcavüzü qarşısında Ukraynanın tək qalmasına ABŞ imkan verməməlidir.

O, Krımın anneksiyasını müasir tarixdə ən sinik hərəkət adlandırıb. O bildirib ki, Kiyev heç vaxt Krımnın anneksiyası ilə barışmaycaq.

Poroşenko Konqresdən xahiş edib ki, Ukraynaya xüsusi təhlükəsizlik statusunu təsdiq etsin. Ukrayna prezidenti ABŞ-dan Ukraynaya hərbi yardım istəyib.