İŞİD 16 kürd kəndini ələ keçirib

İŞİD döyüşçüləri son 24 saat ərzində Suriyanın Türkiyə ilə sərhəd bölgələrində yerləşən 16 kürd kəndinin nəzarətini ələ keçirib.

Britaniyada yerləşn Suriya İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, yaraqlıların ələ keçirdiyi Kobani regionunun sakinləri kütləvi qırğınlar qorxusu ilə evlərini tərk edib, qaçmağa çalışır.

Suriyanın Kürdüstan Demokrat Birliyi Partiyasının sözçüsü Navaf Xəlil Kobanidə 20-dən artıq kəndin artıq itirildiyini deyib.

Bu arada Suriya hökuməti İraqın şimal və qərb bölgələrini ələ keçirən bu qrupun yaraqlılarını hədəf almağa başlayıb.