Universitetə 650 minlik avtomobillə gələn tələbə kimdi?

“Şərurlu İsfəndiyar” avtomobilin oğluna məxsusu olması ilə bağlı xəbəri təkzib etdi

“Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”.  Bu sözləri Bizimyol.info saytına açıqlamasında  “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı, İsfəndiyar Axundov deyib. O bildirib ki, internet saytlarında 650 min min dollarlıq  “Lamborghini”  avtomobilnini onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil. 

Qeyd edək ki, avropa info saytında yerləşdirilən xəbərdə bildirilirdi ki, Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının unveristet tələbələrindən birinə aid olduğunu bildiriblər. “Lamborghini Gallardo” markalı bu avtomobilin qiyməti 650 min ABŞ dolları olduğu bildirilir.

Yazıda həmçinin qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.

***

Bu gün Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Avropa.info nun verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının unveristet tələbələrindən birinə aid olduğunu bildiriblər.

“Lambarcini Gallardo” markalı bu avtomobilin qiyməti 650 min ABŞ dolları olduğu bildirilir. 

***

Dövlət İqtisad  Unversitetinin yaxınlığında görünən və qiyməti  650 min ABŞ dolları civarında qiymətləndirilən avtomobilin sahibi bəlli olub. 

Avropa.info xəbər verir ki,  avtomobil “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur. “Lamborghini ” markalı avtomobilin sahibi A.Axundov  Dövlət İqtisad Unversitetinin tələbəsidir.