Balaca qız yuxulu halda 4 km yol getdi

Norveçin şimalındakı Finmark bölgəsində yaşayan kiçik bir qız uşağı yuxulu vəziyyətdə 4 km yol gedib. 

“Lunatik” olan uşağın evdən çıxaraq əvvəl magistral yolla çıxıb, daha sonra 800 metrlik bir tuneli də keçərək şəhərin mərkəzinə tərəf irəliləyib. Bir binanın nərdivanlarında oturan balaca qız yoldan keçən bir vətəndaşın vəziyyəti fərq etməsindən sonra polis tərəfindən saxlanıb.

Polis əməkdaşlarının verdiyi məlumata görə, səhər saatlarında bildiriş əsasında balaca qız gecə paltarında küçədə tapılıb. Bildirilib ki, uşaq səfəri zamanı bəxti hesabına xəsarət almayıb. 

Uşağın xalası jurnalistlərə açıqlamasında balaca qızın yuxusunda evin yandığını gördüyünü deyib. O bildirib ki, “lunatik” qız həyacanla yataqdan qalxıb və çəkməsini geyinərək çölə çıxıb. Uşağın bütün bunları oyanmadan etməsi isə hər kəsin narahatlığına səbəb olub.