Bu gün Füzuli rayonunda güclü yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və və yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.


