“Qanuni oğru”ya sui-qəsd oldu

“Kaxa” maşından tullanaraq canını qurtara bilib

Ukraynanın Odessa şəhərində 39 yaşlı gürcü “qanuni oğru” Kaxaber Parpaliyaya (“Kaxa”) qarşı sui-qəsd olub. 

ANS PRESS-in “Praym Kraym”a istinadən verdiyi məlumata görə, onu müşayiət edən avtomobil karvanı tələyə düşüb. Naməlum şəxs onun maşınını avtomat silahsdan atəşə tutub. 

“Qanuni oğru”nun mühafizəçisi güllə yarası alıb. “Kaxa”nın sevdiyi qızı müşayiət edən şəxslərdən ikisi güllələnib Onlardan biri sonradan keçinib. “Qanuni oğru” isə maşından tullanaraq gizlənə bilib.