Jirinovski Bakıya gəlir…

Rusiyanın baş təlxəyinin yaddaqalan açıqlamalar verəcəyi gözlənilir…

Rusiyanın Liberal Demokrat Partiyasını Lideri Vladimir Jirinovski Bakıya gələcək. Bu barədə Moderator.az-a diplomatik mənbələrdən məlumat verilib.

Diplomatik mənbənin dediyinə görə, səfər sentyabr ayının 3-cü ongünlüyündə  reallaşacaq.  Bir neçə günlük səfər çərçivəsində Jirinovski  Azərbaycanda bir sıra görüşlər keçirməklə yanaşı, ölkə ilə daha yaxından tanış olmaq və inkişaf proseslərini öz gözləri ilə görmək üçün  respublikanın bir sıra bölgələrində də olacaq.  Onun hətta mətbuat nümayəndələri üçün mətbuat konfransının da təşkil olunacağı gözlənilir.

O  mətbuat nümayəndələri ilə iki ölkə arasındakı münasibətlərə və dünyada, regionda və keçmiş sovet məkanında baş verən proseslərə aydınlıq gətirəcək. O eyni zamanda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab verəcək.