Krımlıların 98 faizi Rusiya pasportu alıb

Rusiyanın bu ilin martında tam işğal etdiyi Ukrayna torpağı Krımda sakinlərin 98%-i bu ölkənin pasportunu alıb. Federal Miqrasiya Xidmətinin regional idarəsinin rəhbəri Pyotr Yaroş sentyabrın 11-də belə açıqlama verib. “Media forum” saytının məlumatına görə, Yaroş qalan 2% sakinin ilin sonuna qədər pasport alacağını qeyd edib.

2014-cü ilin əvvəlinə olan rəsmi məlumatlara görə, Krımın 1 milyon 970 min nəfər əhalisi var. Yaroş təqribən 3 min 500 Krım sakininin Rusiya vətəndaşlığından imtina etdiyini vurğulayıb: “Onlar Rusiya vətəndaşlığından imtina etdikləri haqda ərizə yazıblar. Hazırda onlara Krım ərazisində yaşamaq icazəsi verilir”.