“Media forum” saytının hesablamasına görə, Azərbaycanda nazir postu tutan şəxslərin orta yaşı 56-dır. 20 nazir içində ən cavanı təhsil naziri Mikayıl Cabbarov (38 yaş), ən yaşlısı energetika naziri Natiq Əliyevdir (67 yaş). Azərbaycanla müharibə şəraitində olan qonşu Ermənistanda bu göstəricilər necədir? “Media forum” saytı bildirir ki, Ermənistanda ən qoca nazirin 68 yaşı var. Bu, energetika və təbii sərvətlər naziri Yervand Zaxaryandır. Zaxaryan 1946-cı ildə Azərbaycanın Şəmkir rayonunda anadan olub.
Ermənistan nazirləri arasında ən cavanı isə ərazi idarəetmə naziri Armen Gevorkyandır. Baş nazirin müavini postunu da tutan Gevorkyan 41 yaşındadır. Ermənistanda 18 nazir var. Onların orta yaşı 53-dür. Ermənistan prezidenti Serj Sərkisyanın 60, baş nazir Ovik Abramyanın 56, parlament sədri Qalust Saakyanın 66 yaşı var. Orta yaş 60-dır. “Media forum” saytı qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev 53 yaşın içindədir. Baş nazir Artur Rasizadənin 79, Milli Məclisin sədri Oqtay Əsədovun 59 yaşı var. Orta yaş 63-dür.


