Daha bir fəhlə hündürlükdən yıxılıb öldü

Hadisə Sabunçu qəsəbəsində baş verib

Bakı sakini hündürlükdən yıxılaraq ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 10-da Sabunçu qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini Ramin Abbasov işlədiyi tikintidə hündürlükdən yıxılıb. Nəticədə R.Abbasov ağır xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Xəstəxanaya yerləşdirilən Ramin Abbasovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.