Ukraynanın şərqində orduya məxsus hərbi təyyarələri vurmaqda şübhəli bilinən iki Rusiya hərbçisi saxlanılıb. Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik informasiyaa mərkəzinin rəhbəri Andrey Lisenko keçirdiyi brifuinqdə deyib.
“Terrorçularla mübarizə üzrə operativ tədbirlərin keçirilməsi zamanı “Luqansk-1″ batalyonunun döyüşçüləri Rusiya Federasiyasının silahlı qüvvələrinin iki hərbi qulluqçusunu saxlayıblar. Onlar Ukraynanın Silahlı qüvvələrinin aviasiyasına qarşı daşınabilən zenit-raket komplekslərindən istifadə edilməsində şübhəli bilinən şəxslərdir”, – deyə Lısenko bildirib.