Rusiyadan Donbasa göndərilən humanitar yük maşınları vasitəsilə buradakı döyüşlərdə ölən rus əsgərlərin meyitləri çıxarılıb. Ukrayna saytlarının məlmatına görə, bunu Kiyevdə keçirilən brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik informaasiya mərkəzinin rəhbəri Andrey Lısenko deyib. Onun sözlərinə görə, Ukrayna ərazisində öldürülmüş Rusiya vətəndaşlarının meyitlərinin daşınması üçün Donbasa göndərilən yük maşınlarından istifadə olunub. Məluamata görə, ötən həftə Ukraynadan 52 yük maşınında rus əsgərlərinin meyitləri Rusiyaya aparılıb.
Rus əsgərlərinin meyitləri Ukraynadan daşınır
•


