Putin uddu, yoxsa uduzdu?

Boris Nemtsov Kremlin Ukrayna hadisələrində əldə etdiyi nəticələrdən yazdı

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Ukrayna hadisələrində Putin rejiminin, Kremlə bağlı medianın təbliğatının əksinə olaraq, necə məğlub duruma düşdüyü barədə fikirlərini paylaşıb. O, facebook səhifəsində yazıb:

“Təbliğat maşını özünü öldürür sübut etsin ki, Putin hamıya qalib gəlib, hamını dolayıb, hamını sındırıb. Qərbi də, Ukraynanı da, Rusiyanı da nizama salıb. Bir çoxları inanır…
Amma “milli liderin” əldə etdiklərinə diqqətlə baxsaq, aydın olur ki, o, hər şeydə uduzub. Tam məğlubdur. Özünüz qərar verin.

1. İstəyirdi ki, Ukrayna Qərb blokundan kənar, neytral və dost ölkə kimi qalsın. Nəticə – Ukrayna NATO-ya can atır. Ölkə ərazisində Alyans ölkələri qoşunlarının birgə təlimləri keçirilir. Budur qrafik: (http://ria.ru/cj_mm/20140718/1016509940.html). Bundan əlavə, Poroşenko Ukrayna Silahlı Qüvvələri üçün Qərb silahlarının alınması barədə razılaşma əldə edib (http://ria.ru/world/20140907/1023139303.html)         

2. İstəyirdi ki, Şimali Atlantika Alyansını zəiflətsin. Nəticə – NATO güclənməkdədir, Qərb ölkələrinin hərbi büdcələri artır.

3. İstəyirdi ki, Qərb və ABŞ arasına pər vursun. Nəticə – Qərb ölkələri Putin təcavüzü qarşısında daha sıx birləşdilər. Sanksiyaları sinxron qəbul edir, birgə hərəkət edirlər.

4. İstəyirdi ki, Ukraynanın qərb və şərq regionları arasında pərakəndəliyi daha da gücləndirsin. Nəticə – qarşısında siyasi cəhətdən vahid millət gördü (Donetsk və Luqansk vilayətlərinin bir hissəsi istisna olmaqla). Müstəqillik əldə etdikdən sonra, prezident seçkiləri kampaniyası gedişində ilk dəfə namizəd Poroşenko ölkənin istisnasız olaraq bütün regionlarında qalib oldu. Putinin müdaxiləsinədək Ukraynanın qərbi bir namizədə, şərqi digərinə səs verirdi (2010-cu ildə qərb Timoşenkoya, şərq Yanukoviçə; 2004-2005-ci ildə qərb Yuşşenkoya, şərq Yanukoviçə).

5. İstəyirdi ki, Ukrayna Gömrük İttifaqına daxil olsun. Nəticə – bunu heç vaxt görməyəcək. Ukrayna Avropa Birliyi ilə Asossasiya sazişi imzaladı, Avrointeqrasiya yolunu seçdi.

6. İstəyirdi ki, Donetskdən Odessayadək oyuncaq Novorossiya dövləti qursun. Nəticə – Donetsk və Luqansk vilayətlərinin az bir hissəsinə nəzarət edir. Üç min insan həlak oldu – ruslar və ukraynalılar.

7. İstəyirdi ki, dünyada öz nüfuzunu gücləndirsin. Nəticə – tam təcrid olundu. Rusiya da sanksiyalar altına düşdü.

8. İstəyirdi ki, ərzaq sanksiyaları ilə Qərbi cəzalandırsın. Nəticə – cəzalanan rus xalqı oldu. Ərzaq qiymətləri yüksəldi (ət məhsulları 40 faiz, süd 20 faiz). Qərbdə isə endi bu qiymətlər.

9.  İstəyirdi ki, Kiyevdə özünə əlaltı Yanukoviç sayaq bir rejim olsun. Nəticə – 100 faiz anti-Putin rejim gördü.

10. İstəyirdi ki, Ukrayna xalqı ona ehtiram bəsləsin. Nəticə – Putin-… özünüz bilirsiz nə!

11. İstəyirdi ki, Avrasiya İttifaqını genişləndirsin. Nəticə – genişlənən Avropa Birliyi oldu. Putinin hakimiyyəti illərində Avropa Birliyinə 13 ölkə qoşuldu (hazırda 28-dir), Putinə isə heç kim. Hətta Qazaxısatan indi Putin Rusiyasının himayəsi altından çıxmağı götür-qoy edir.