“Guardian” qəzeti yazır ki, Özbəkistanın avtokratik lideri öz qızını susdurmağın yolunu tapıb. Gülnara Karimova korrupsiya ittihamları ilə üzləşib. Özbəkistanın hakim ailəsinin ən qalmaqallı üzvü olan Gulnara Karimova mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, mafiyasayağı korrupsiyada ittiham olunur. Bu yaxınlara qədər iş adamı, dizayner, öz zərgərlik istehsalı olan , Özbəkistanı BMT-də təmsil edən Gulnara Karimova indi uzun müddətə həbsxanaya göndərilə bilər.
Özbəkistan prokurorları Karimovanın aid olduğu mafiya dəstəsini 100 milyon dollarlıq vəsaiti mənimsəməkdə ittiham edir. Bundan əvvəl yazdığı twitlərdə Gulnara Karimova belə sürətli enişinin səbəbini anasında və bacısında görürdü.
O öz anası Tatyana Karimovanı və kiçik bacısı Lola Karimova-Tillyaevanı günahlandırır ki, onu atasının gözündən salırlar, atasını ona qarşı qaldırırlar.O hətta anasını və bacısını ona cadu eləməkdə ittiham edir. Karimovanın anası və bacısı isə onun ittihamlarını rədd edirlər.
Karimova artıq 3 ölkədə istintaqla bağlıdır. Hazırda İsveçrədə formal olaraq istintaqda o, şübhəli qismindədir. İsveçdə aparılan istintaq da onunla əlaqəlidir. Karimova son 6 aydır ki, Daşkənddə ev dustağıdır. Qəzet onu da yazır ki, əgər Özbəkistanda onun məhkəməsi olsa, sıravi özbəklərin ona simpatiyası çox azdır. Hətta onun haqqında Özbəkistanda olan xarici diplomatlar deyirdilər ki, Gulnara Karimova “ölkənin ən çox nifrət olunan şəxsidir.”