Miqrantlara hüquqi yardım mərkəzinin rəhbəri Əlövsət Əliyev AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun pasportunun fəaliyyətsizləşdirilməsinə münasibət bildirib:
“Bu, birinci hal deyil. Azərbaycanda son 10 ildə bizim hesablamalara görə təxminən 1000 nəfərə yaxın şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun fəaliyyətsizləşməsi haqqında qərar qəbul olunub. Bu qərarlar DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən qəbul edilir. Belə qərarlar pasportdakı məlumatlar sehv olduqda, şəxs vətəndaşlığı saxta sənədlər əsasında qəbul etdikdə, pasportdakı məlumatlarla şəxsin məlumat bazalarında olan məlumatlarının fərqlı olması muəyyən edildikdə, pasportun tərtib olunması zamanı yanlışliğa yol verildikdə qəbul edilir. Bele hallarda pasportu fəliyyətsizləşdirilən şəxslər qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Lakin məhkəməyə müraciətdən əvvəl DİN-in Baş Pasport və Miqrasiya İdarəsinə müraciət etməli və pasportun fəaliyyətsizləşdirilməsi haqqında qərarı götürməlidir və məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidir. Əgər qərar mövcud deyilsə, sadəcə pasportun fəaliyyətsizləşdirilməsinə səbəb olan əsas haqqında DİN-dən rəsmi cavab alınmalı və məhkəməyə müraciət olunmalıdır. Məhkəmələr bir qayda olaraq DİN-in belə qərarlarını ləğv edirlər. Çünki bizə bu cür problemlərlə rastlaşdığı üçün müraciət edənlərin sayı 100-lə olmuşdur.


