Honkonqda 40 nəfər rəsmi Pekinin bu inzibati rayonda təsirinin artmasına etiraz əlaməti olaraq saçlarını kəsdiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, çinlilər üçün saç böyük əhəmiyyət kəsb edir. Ancaq onlar saçlarınadan keçərək demokratiya naminə qətiyyətli addım atmağa hazır olduqlarını nümayiş etdiriblər.
Etirazçıların narazılığına səbəb qəbul edilən yeni qanundur. Bu qanuna əsasən, 2017-ci ildə şəhər rəhbəri seçkisinə qatılanlar Pekinin təsiri altında olan komitənin razılığını almalıdır.
azadlıq.info


